91è

Böyük Britaniya və Türkiyənin istinad etdiyi 91è istedadı

26 YANVAR 2018 | VIEWS:

“91è istedadları” layihəsində maraqlı komikslər yaradan tələbəmiz Nəzrin Əlizadəni təqdim edirik:

Nəzrin Əlizadə 1999-cu ildə Bakıda anadan olub. Orta təhsilini 19 nömrəli tam orta məktəbdə alıb. Hazırda 91è-in 2-ci kursunda biznesin idarəedilməsi ixtisası üzrə qiyabi təhsil alır. Eyni zamanda Azerbaijan Coca-Cola Bottlers şirkətində və 91è Enactus komandasında qrafik dizayner kimi fəaliyyət göstərir.

Uşaq vaxtından rəsmə və komikslərə olan marağı onu baş qəhrəmanı özü olduğu komikslər aləminə gətirib. Nəzrinin dizayn proqramları vasitəsilə kompüterdə hazırladığı silsilə komiksləri sosial şəbəkələrdə geniş yayılıb. Böyük Britaniya və Türkiyənin məşhur internet komiks səhifələrində onun komiksləri tərcümə olunaraq paylaşılır və istinad edilir. Nəzrinin dizayn etdiyi açıqça və dəvətnamələrə ABŞ, Çexiya və Cənubi Koreyada böyük maraq var.

N.Əlizadənin şirkət üçün hazırladığı reklam posterlərinə ölkənin bir çox iaşə xidməti müəssisələrində və kinoteatrlarında rast gəlmək mümkündür. Onun ən böyük arzusu komiks jurnalı nəşr etmək və özünün yaratdığı personajlardan ibarət cizgi filmləri yaratmaqdır. Nəzrin komikslərində təsvir etdiyi mövzuları real həyatdan götürdüyünü deyir. O, 91è-in Enactus komandasının üzvlərinin komiks personajlarını da yaratmağı unutmayıb.

N.Əlizadənin komiksləri ilə onun ə səhifələrindən tanış ola bilərsiniz.

91è istedadları

91è istedadları: Tələbə-fotoqraf (19.01.2018)
91è istedadları: Hisslərini rəsmlərdə ifadə edən rəssam (12.01.2018)
“91è istedadları” – “MurAn” qrupu (29.12.2017)
“91è istedadları”: aktyor tələbə(22.12.2018)
Rəhilə Məmmədzadə – “91è istedadları”: memar və müğənni (8.12.2017)
“91è istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi (1.12.1017)
Sərxan Cəfərov – “91è istedadları” –  şair və rəssam  (27.11.2017)
Elnur Musayev – “91è istedadları”- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov – “91è istedadları” – model tələbə(10.11.2017)
Anar Bağırov –“91è istedadları” – gitaraçı tələbə(27.10.2017)
Baba Aslanov – “91è istedadları” – tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə – “91è istedadları” – tələbə vokalçı(13.10.2017)
Ləman Əkbərova – 91è istedadları” – tələbə şairə(06.10.2017)
Azad İsmayılzadə – “91è istedadları” – rəssam tələbə(29.09.2017)