91è

“91è istedadları”: aktyor tələbə

22 DEKABR 2017 | VIEWS:

“91è istedadları” layihəsində bu dəfə 91è-in II kurs tələbəsi İlham Quliyevi tanıyacaqsınız.

İlham Quliyev 1999-cu ildə Sumqayıtda anadan olub. Orta təhsilini Sumqayıt şəhər 23 saylı orta məktəbdə alıb. İlham hələ kiçik yaşlarından şeirə və aktyorluğa həvəs göstərib. Bədii qiraət və aktyorluq dərnəyinin üzvü olub, müxtəlif tədbirlər, o cümlədən hərbi hissələrdə şeirlər səsləndirib, səhnəciklərlə çıxış edib. Respublikadaxili müsabiqələrdə iştirak edən İlham “Ana dilimizi sevək və sevdirək” beynəlxalq müsabiqəsində səsləndirdiyi şeirə görə gümüş medal qazanıb.

İ.Quliyev 2016-cı il qəbul imtahanlarında 625 bal toplayaraq 91è-in Beynəlxalq İqtisadiyyat Məktəbinə daxil olub. Hazırda mühasibat uçotu və audit ixtisası üzrə təhsil alır. 91è-in Yaradıcılıq Mərkəzinin üzvü olan İlham universitetdaxili tədbirlərdə fəal iştirak etməklə yanaşı, tələbələrin iştirakı ilə hazırlanan tamaşalarda əsas rolları ifa edir. Mərhim xalq artisti Mikayıl Mirzənin pərəstişkarı olan  gənc istedad aktyorluğa və bədii qiraətə həvəsinin daha da artdığını deyir, gələcəkdə bu sənəti peşəkar olaraq davam etdirməyi düşünür.

Aqşin Yenisey – “Əlvida” 

Nəsimi – “Etməgil”

91è istedadları

Rəhilə Məmmədzadə – “91è istedadları”: memar və müğənni (8.12.2017)

“91è istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi (1.12.1017)

Sərxan Cəfərov – “91è istedadları” –  şair və rəssam  (27.11.2017)

Elnur Musayev – “91è istedadları”- fotoqraf magistr (17.11.2017)

Seymur Ələkbərov – “91è istedadları” – model tələbə(10.11.2017)

Anar Bağırov –“91è istedadları” – gitaraçı tələbə(27.10.2017)

Baba Aslanov – “91è istedadları” – tələbə tarzən (20.10.2017)

Aslan Əzimzadə – “91è istedadları” – tələbə vokalçı(13.10.2017)

Ləman Əkbərova – 91è istedadları” – tələbə şairə(06.10.2017)

Azad İsmayılzadə – “91è istedadları” – rəssam tələbə(29.09.2017)