Karyera Mərkəzi haqqında
Mərkəz 91è, Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə layihəsidir. Mərkəzə 2018-ci ilin oktyabrına kimi Fuad Əliyev, 10.2018-dən 10.2021-ə kimi Ramil Cabbarov, 01.11.2021-ci il tarixdən 08.04.2022-ci il tarixə kimi Sənan Həsənov rəhbərlik edib. 21 iyun 2022-ci il tarixindən 2023-cü ilin iyununa kimi Aytac Rzayeva rəhbərlik edib.
Gənclər üçün Karyera Mərkəzi olaraq başlıca vəzifəmiz tələbələrimizi peşəkar iş həyatına hazırlamaq, şəxsi inkişaflarına dəstək olmaq, işəgötürənlərlə sıx əməkdaşlıqlar qurmaq və məzunlarımızla sağlam əlaqələri daim qorumaqdır.
Ə϶İѴ
Azərbaycan Dövlət İqtisad Universiteti (91è) Karyera Mərkəzi 2008-ci ilin 26 noyabr tarixində yaradılıb. Karyera Mərkəzi verilən səlahiyyətlər çərçivəsində ali təhsilin bütün səviyyələrində təhsilalanların və məzunların karyera inkişafında və məşğulluqlarının tənzimlənməsində yardım göstərir.
Mərkəz öz fəalliyyətində Azərbaycan Respublikasının Təhsil Qanununu, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habele Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ-hüquqi sənədlərini, 91è-in Nizamnaməsini və bu əsasnaməni rəhbər tutur.
Mərkəz öz fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq dövlət, özəl və xarici müəssisələrlə bağlanmış memorandum əsasında həyata keçirir.
Mərkəz öz vəzifərini yerinə yetirərkən təhsilalanlar və məzunlar üçün 91è-in struktur bölmələri, universitet adından dövlət orqanları, elm və təhsil qurumları, korporativ sektor və digər təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
*
Mərkəzin məqsəd və vəzifələri
- Dövlət və özəl sektorlarda fəalliyət göstərən müəssisə, təşkilat və qurumlarlaqarşılıqlı fəaliyyətlərin uyğunlaşması;
- Təhsilalanların və məzunların karyera inkişafına metodiki və əməli köməkliyin həyata keçirilməsi;
- Təhsilalanlara və məzunlara karyera inkişafı sahəsindəmaarifləndirici tədbirlərin hazırlanması və həyata keçirilməsi;
- Məzunlar Assosiasiyasının qurulması və əlaqələrin inkişaf etdirilməsi;
- İnnovativ Biznes inkubator fəaliyyətlərin təşkili və startap ekosisteminin qurulması;
- Mərkəzin fəaliyyətsahəsinin inkişafı ilə bağlı beynəlxalqtəcrübənin öyrənilməsi və 91è rəhbərliyinə təkliflərin hazırlanması.
- Tələbələrin və məzunların karyera inkişafında dəstək göstərmək ;
- Təhsilalanların və məzunların hazırlıq səviyyəsinin əmək bazarınıntələblərinə uyğunluğunumüəyyənləşdirmək məqsədi ilə sorğular həyata keçirmək;
- Müxtəlif karyera tədbirləri, təcrübə və təqaüd proqramlarının həyata keçirilməsi məqsədilə dövlət və korporativ idarəetmə sistemi ilə münasibətlərin qurulması və təkmilləşdirilməsi.
- Tələbələrin və məzunların gələcək karyera inkişafındayerli və xarici şirkətlər haqqında məlumat baza platformasının yaradılması; Məzunların bilik və bacarıqlarına, şəxsi keyfiyyətlərinə üstünlük verən şirkətlər məzunların CV-lərini təqdim edilməsini təşkil etmək, işə götürülməsinə imkan yaradılması haqqında təkliflər vermək;
- Dövlət və korporativ sektorun, eləcə də xaricdən dəvət edilmiştəcrübəli mütəxəssislərin iştirakı ilə müxtəlif mövzularda müzakirələr təşkil etmək və könüllülər hərakatına dəstək olmaq;
- Unec-də yüksək göstəricili məzunların karyera inkişafına və işə düzəlməsinə yardım göstərmək;
- İqtisadçı kadrlara və onların peşəkar səviyyəsinə olan tələbin cari vəziyyəti və perspektivlərini öyrənmək məqsədi ilə əmək bazarında araşdırmalar aparılması, illik hesabat hazırlanması vəDövlətMəşğulluq Agentliyi işəgötürənləri məşğulluq marafonunda fəal iştirak etməyə çağırmaq.
- İşəgötürən təşkilatlar tərəfindən işçi qüvvasinə irəli sürülən əsas peşəkar və ixtisas tələblərini təhlil etmək və universitetin müvafiq ixtisasları üzrə tədris planlarının və dövlət standartlarına təkmilləşdirilməsi istiqamətində konkret təkliflər hazırlamaq;
- Azərbaycanda fəaliyyət göstərən şirkətlərdə vakant olan iş yerləri haqqındaməlumatları mütəmadi şəkildə toplamaq və onların təhsilalanlar, məzunlar arasında yayılmasını təmin etmək;
- Universitetin müvafiq strukturları ilə birlikdə müsabiqələr, imtahantestlər, işgüzar oyunlar və s. Nəticəsində istedadlı və perspektivli təhsilalanların müəyyən edilərək onların karyera inkişafına dəstək vermək;
- Dövlət və korporativ sektorun iştirakı ilə müxtəlif karyera tədbirlərini həyata keçirmək (əmək yarmarkaları, sərgilər, informasiya turları, karyera günləri və s.);
- Məzunlarla daimi əlaqə saxlamaq, onların karyera inkişafını izləmək, karyeraları ilə əlaqəlitədbirlərə cəlb etmək;
- Universitetlə məzunlar arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi, fiziki və hüquqi şəxslər olan universitet məzunları ilə tərəfdaşlığın inkişaf etdirilməsi, universitet məzunlarının karyera inkişafina dəstək verməkdir;
- Universitetin məzunlarına fəaliyyətləri ilə əlaqəli cəlb edici informasiya materiallarının ( elan, elektron göndərişlər və s.) hazırlanması və yayılması;
- Universitetdə həyata keçirilən layihə və tədbirlərə 91è mazunlarının cəlb olunması və məzunların təklifinə əsasən xüsusi tədbirlərin keçirilməsi.
- Uğurlu məzunlarla ənənəvi görüşlərinin təşkili;