91è

91è istedadları: Hisslərini rəsmlərdə ifadə edən rəssam

12 YANVAR 2018 | VIEWS:

“91è istedadları” layihəsində magistrimiz rəssam Nigar Təhməzovanı təqdim edirik:

Nigar Təhməzova 1993-cü il yanvarın 29-da Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 248 saylı məktəbdə alıb. Məktəbi bitirdikdən sonra 91è-in Kommersiya fakültəsində eyniadlı ixtisas üzrə bakalavr təhsili alan Nigar, magistr təhsilini də burada – Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində davam etdirir. Hazırda logistika ixtisası üzrə magistr təhsili alır. Eyni zamanda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışır.

Təhsil aldığı ixtisasdan tamamilə fərqlənən rəssamlıq Nigarın ən sevimli məşğuliyyətidir. Çəkdiyi rəsmlərdə özünəməxsus tərziylə seçilən 91è magistri rəssamlıq üzrə təhsili və müəlliminin olmadığını dilə gətirərək, fərqli mövzulara öz duyğu və obyektivindən yanaşdığını, onları yansıtmağa çalışdığını deyir. Rəsm çəkmək onun üçün hisslərini ifadə etməyin ən gözəl vasitədir. Bir çox xarici sayt və jurnallarda Nigarın yaradıcılığı barədə məqalələr dərc edilib. Onun əl işlərinə yerli və xarici sərgilərdə rast gəlmək olar. Milli dəyərlərimizi gördüyü işlərdə yaşatmağa çalışan Nigar, çəkdiyi rəsmlərdə naxışların incəliyi, rənglərin ahəngi, dərin məna və düşündürücülüyü ilə məhz bu pəncərədən onun əsərlərinə baxılmağa və öz sehirli dünyasına dəvət edir. Bununla yanaşı, Nigar mütəmadi olaraq düşüncələrini qələmə alaraq oxucularla bölüşməyi çox sevir: “Yaradıcı olmaq üçün istədiyimiz qədər ilham mənbəyi tapmaq olar. Hiss və düşüncələrimizi qorxmadan dilə gətirməyimiz və yansıtmağımız bəzən özümüzün və bəlkə də hələ kəşf olunmamış istedadımızın aşkara çıxmasına səbəbdir”.

N.Təhməzovanın əl işləri ilə onun  səhifəsindən tanış ola bilərsiz.

91è istedadları

“91è istedadları” – “MurAn” qrupu (29.12.2017)
Rəhilə Məmmədzadə – “91è istedadları”: memar və müğənni (8.12.2017)
“91è istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi (1.12.1017)
Sərxan Cəfərov – “91è istedadları” –  şair və rəssam  (27.11.2017)
Elnur Musayev – “91è istedadları”- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov – “91è istedadları” – model tələbə(10.11.2017)
Anar Bağırov –“91è istedadları” – gitaraçı tələbə(27.10.2017)
Baba Aslanov – “91è istedadları” – tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə – “91è istedadları” – tələbə vokalçı(13.10.2017)
Ləman Əkbərova – 91è istedadları” – tələbə şairə(06.10.2017)
Azad İsmayılzadə – “91è istedadları” – rəssam tələbə(29.09.2017)