91è


91è Katibi

[email protected]

 

Katblik haqqında

91è-də idarəetməni təkmilləşdirmək və səmərəliliyi artırmaq məqsədi ilə 30 sentyabr 2016-cı il tarixində Elmi Şura tərəfindən Katibliyin yaradılması barədə qərar verilmişdir.

91è-də Katiblik təşkil edilərkən beynəlxalq təcrübədə olduğu kimi Katibliyin aşağıdakı kimi qurulması nəzərdə tutulmuşdur.

1.91è Katibliyi

2.Fakültə (məktəb, mərkəz) Katibliyi

3.Kafedra (departament) Katibliyi

91è Katibliyi 91è-in cari və inzibati fəaliyyəti üzərində rəhbərliyi və koordinasiyanı həyata keçirən struktur bölməsidir.

Fakültə (məktəb, mərkəz) Katibliyi fakültənin cari və inzibati fəaliyyəti üzərində rəhbərliyi və koordinasiyanı həyata keçirir.

Kafedra (departament) Katibliyi kafedranın cari və inzibati fəaliyyəti üzərində rəhbərliyi və koordinasiyanı həyata keçirir.

91è Katibliyinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

91è-də cari və inzibati idarəetmənin səmərəli, keyfiyyətli və operativ şəkildə həyata keçirilməsini təmin etmək;

91è-də cari və inzibati idarəetmənin keyfiyyətinin yüksəldilməsi məqsədilə fasiləsiz tədbirlər görmək;

91è-də cari və inzibati idarəetmə ilə bağlı riskləri qiymətləndirmək və onların idarə edilməsinə dair 91è Rektoruna vaxtaşırı təkliflər vermək.

Fəaliyyət istiqamətlərinə uyğun olaraq 91è Katibliyi 3 əsas vəzifəni icra edir.

1. 91è Rektorunun aparatı vəzifəsini icra etməklə rektorun səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün bilavasitə, yaxud 91è-in strukturlarını cəlb etməklə müvafiq tədbirlər görür.

2. Bilavasitə 91è rektoruna tabe olan struktur bölmələrinin fəaliyyətini koordinasiya edir.

3. Fakültə (məktəb/mərkəz) katibliklərinin fəaliyyətinə nəzarət edir.

91è Katibliyi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə 91è Rektoruna tabedir və onun qarşısında cavabdehlik daşıyır.

*

Hal-hazırda 91è-in 12 fakültəsində (məktəb, mərkəz) və Zaqatala İqtisad məktəbində Katiblik fəaliyyət göstərir.

1.Maliyyə və mühasibat fakültəsinin Katibliyi (2017)

2.İqtisadiyyat fakültəsinin Katibliyi (2017)

3.Biznes və menecment fakültəsinin Katibliyi (2017)

4.Türk Dünyası İqtisad fakültəsinin Katibliyi (2018)

5.Beynəlxalq Magistratura və Doktorantura mərkəzinin Katibliyi (2018)

6.Zaqatala İqtisad məktəbnin Katibliyi (2020)

7.Beynəlxalq İqtisadiyyat məktəbinin Katibliyi (2020)

8.Distant, Qiyabi və Əlavə təhsil mərkəzinin Katibliyi (2020)

9.Rus İqtisad məktəbinin Katibliyi (2020)

10.91è Biznes məktəbinin Katibliyi (2020)

11.91è Dizayn məktəbinin Katibliyi (2020)

12.Rəqəmsal İqtisadiyyat fakültəsinin Katibliyi (2020)

13.Mühəndislik fakültəsinin Katibliyi (2020)

91è Katibliyinin qarşısında 91è 100 strategiyasına uyğun olaraq önəmli vəzifələr dayanır. Məqsədimiz daha çevik və yüksək səmərəliliyə malik universitet idarəetmə sisteminə sahib olmaqdır. Bunun üçün 2030-cu ilə qədər 91è-də insan resursları və informasiya resurslarının idarəedilməsində səmərəliliyin davamlı yüksəldilməsi, həmçinin idarəetmə strukturunun optimallaşdırılması nəzərdə tutulur. Bundan əlavə inzibati idarəetmə strukturlarının funksionallıq əsasında formalaşdırılması prosesinin tamamlanması, 91è-də İ岹əٳənin İnformasiya Sisteminin qurulması, elektron xidmətlərin təhlükəsizliyi və keyfiyyətinin yüksəldilməsi, mobil tətbiqlərin dəstəklənməsi, onlayn xidmətlərin çoxaldılması, informasiya resurslarının idarəedilməsində səmərəliliyin yüksəldilməsi strateji fəaliyyət istiqamələri kimi müəyyən edilmişdir.