91è

Abituriyentlər 91è-lə tanış olub

29 İYUL 2016 | VIEWS:

İyulun 29-da abituriyentlər və valideynləri Azərbaycan Dövlət İqtisad Universitetində (91è) olub. Onlarla görüşən 91è rektoru, professor Ədalət Muradov universitetdə həyata keçirilən islahatlar, yeniliklərdən söz açaraq, ali məktəbin strateji hədəflərindən danışıb. Bildirib ki, regionun iqtisadyönümlü ən böyük təhsil ocağı olan və dörd dildə təhsil verən 91è-də tədrisin yeni keyfiyyət standartı olan “Elektron Universitet” modelinin tətbiqinə başlanılıb. Rektor universitetdə tələbələr üçün yaradılan şəraitdən, müasir standartlar səviyysində qurulan müəllim-tələbə münasibətlərindən, keyfiyyətli təhsilin təşkili, şəffaf  mühitin yaradılması məqsədi ilə görülən və görüləcək işlərdən danışıb. Ə.Muradov abituriyentlərə 91è-in tələbə həyatı haqda da məlumat verib, onların savadlı, əmək bazarının tələblərinə cavab verən iqtisadçı kimi yetişməsi məqsədilə univeristetdə həyata keçirilən layihələrdən danışıb.

Rektor bildirib ki, dünyanın ali təhsil müəssisələrinin reytinqini müəyyən edən “Webometrics”in hesabatına əsasən, 91è iki il ard-arda Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayır. Universitet QS reytinq agentliyinin İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralamasında iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 ali məktəbi sırasında yer alıb.

Universitetin gələcəyə hesablanan hədəflərini açıqlayan Ə.Muradov başlıca məqsədin 91è-i dünya səviyyəli universitetlər sırasında görmək olduğunu bildirib. Əlavə edib ki, məqsədə çatmağın əsas yolllarından biri 91è-ə savadlı gəncləri cəlb etməkdir.

Sonda abituriyent və valideynlər üçün 91è-in tədris binasında infotur təşkil edilib. Onlar universitetin auditoriyaları, İnnovativ Biznes İnkubator, kitabxana, Yaradıclıq Mərkəzi və Radio 91è ilə tanış olublar.

Qeyd edək ki, abituriyentlərin 91è-ə olan marağını nəzərə alaraq Radio 91è-də xüsusi proqramların təşkili və açıq qapının keçirilməsi nəzərdə tutulub.