Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 91è-in Dərbənd filialının direktoru Qurban Səidoviç Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Q.Qurbanov uzunmüddətli fəaliyyəti dövründə iki ölkə arasında akademik və mədəni əməkdaşlığın genişlənməsinə, təhsilin inkişafına və universitetlərarası əlaqələrin gücləndirilməsinə mühüm töhfələr verib.