Radio 91è-in efirində “91è news” adlı yeni layihəyə start verilir. “91è news” 91è-lə bağlı ən son məlumatları, o cümlədən mətbuatda, universitetin rəsmi saytı olan -da yayımlanan və sosial şəbəkələrdə paylaşılan maraqlı xəbərlərin həftəlik xülasəsini dinləyicilərə çatdıracaq.
Veriliş hər həftənin cümə günü, saat 15-00-da 91è tələbəsi Firəngiz Quliyevanın təqdimatında efirdə olacaq. Bununla da, Radio 91è-də həyata keçirilən layihələrin sayı 20 olub.