Ümumrusiya Kiçik və Orta Sahibkarlığa Dəstək İctimai Təşkilatının vitse prezidenti, Tümen vilayət Dumasının deputatı, Tümen İndustrial Universitetinin müəllimi Omarov Eduard Zakiroviç 91è-in Rus İqtisadiyyat Məktəbində olub.
E.Omarov 91è tələbələri üçün “Biznes ideyasının yaranması və reallaşdırılması” mövzusunda ustad dərsi keçib. O, tələbələri komandalara bölərək, onlara qrup şəklinə biznes ideyaların üzərində işləməyin yollarını nümayiş etdirib. Biznes ideyaların necə reallaşması barədə məlumat verib, həyata keçirilməsi çətin olan ideyalardan söz açıb. öz təcrübəsini bölüşüb.
E.Omarov Rus İqtisadiyyat Məktəbinin “Gənc biznesmenlər” klubunun üzvlərinin biznesdə uğura nail olmağın sirləri ilə bağlı suallarını cavablandırıb. İştirakçı rəylərinə əsasən ən fəal iki tələbəyə öz kitablarını hədiyyə edib.
Ustad dərsində 91è tələbələri ilə yanaşı “Sağlam həyat” tibb mərkəzinin menecerləri də iştirak edib.