91è tələbələri Procter&Gamble şirkətinin qlobal səviyyədə keçirdiyi “CEO Challenge” biznes keys müsabiqəsində Azərbaycanı təmsil ediblər.
91è-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Rübabə Şükürova və Aida Həsənova iki mərhələni müvəffəqiyyətlə addımlayaraq, yarımfinala vəsiqə qazanıblar.
Onlar I turdan – müsahibə mərhələsindən uğurla keçərək, II turda iştirak ediblər. Bu mərhələdə 75 dəqiqə ərzində test imtahanı ilə tələbələrin PG istehsal məhsulları, satış həcmi və s. barədə bilgiləri dəyərləndirilib. II mərhələni də uğurla başa vuran tələbələr yarımfinala vəsiqə qazanıblar. “CEO Challenge” biznes keys müsabiqəsinin yarımfinal mərhələsində müsabiqə ölkələr arasında keçirilib. Hər ölkəni üç tələbədən ibarət qrup təmsil edib. Azərbaycanı təmsil edən tələbə qrupunda üç nəfərdən ikisi 91è tələbəsi olub. Bu mərhələdə 91è tələbəsi Rübabə Şükürova finala vəsiqə qazanaraq, Avropanın ən bacarıqlı və istedadlı tələbələri arasında Azərbaycanı təmsil etmək imkanı əldə edib.
Final mərhələsində iştirakçılar şirkətin Türkiyədəki ofisində təcrübə keçəcəklər. Bu müddətdə onlar liderlik, kommunikasiya, analitika və komandada çalışmaq məharətlərini Avropanın ən bacarıqlı və istedadlı tələbələri arasında nümayiş etdirərək, öz biznes keyslərini təqdim edəcəklər.
Qeyd edək ki, dünyanın nəhəng istehlakçılarından olan P&G şirkəti liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün ən yaxşı 40 şirkətdən biri hesab edilir.
91è tələbəsinə “CEO Challenge” biznes keys müsabiqəsində uğurlar arzu edirik!