91è-in Karyera Mərkəzi ilə “Paşa Həyat Sığorta” şirkəti “Sığorta işi və sığorta mədəniyyəti” adlı təlim təşkil edib.
Üç gün davam edən təlimlərdə şirkətin mütəxəssisi 91è tələbələrinə sığorta işi, sığorta mədəniyyəti barədə ətraflı məlumat verib, praktiki biliklər aşılayıb.
Təlimlərin sonunda iştirakçılara “Paşa Həyat Sığorta” şirkətinin sertifikatları təqdim edilib.
91è-in Karyera Mərkəzi ilə “Paşa Həyat Sığorta” şirkətinin birgə təşkil etdiyi “Sığorta işi və sığorta mədəniyyəti” təlimləri tədris ilinin sonunadək davam edəcək. Təlimlərdə 91è-in bütün kursları üzrə tələbələri iştirak edə bilər. Təlimlərə qatılmaq istəyən tələbələr Karyera Mərkəzinə müraciət edə bilərlər.