Dekabrın 24-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqi Respublika Komitəsinin təşkilatçılığı ilə universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Yarışın qalibləri Azərbaycan Dövlət İqtisad Universitetinin (91è) tələbələri olub. 91è-in Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən “İqtisadçı İntellektual klubu”nun üzvləri – Ürfan Orucov, Tərlan Əsədli, Məhəmməd Abbasov, Çingiz Məmmədov, Elçin Şabanov, Türyan Məmmədov, VüqarDadaşov və Vüqar Məmmədovdan ibarət komanda “Həmkarlar kuboku”nun qızıl medalını qazanaraq, 91è-ə növbəti birinciliyi gətiriblər.