91è

91è tələbələri “Enactus World Cup – 2017”nin açılışında

27 SENTYABR 2017 | VIEWS:

Sentyabrın 26-da 91è tələbələri Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “Enactus World Cup – 2017” finalının açılış mərasimində iştirak ediblər.

“Facebook” sosial şəbəkəsində canlı yayımlanan mərasimdə iştirakçı ölkələrin təntənəli keçidi xüsusi maraqla qarşılanıb. Azərbaycan təmsilçiləri – 91è tələbələri səhnəyə ikinci çıxıblar. Milli geyimli “Enactus 91è” komandasının keçidi zamanı Azərbaycan musiqisi səsləndirilib. İştirakçılar səhnəyə Enactusun qaydalarına uyğun olaraq Azərbaycan və 91è bayraqları ilə çıxıblar. İkinci liqada onların rəqibləri İtaliya, Meksika, Qazaxıstan və Filippin komandalarıdır.

“Enastus 91è” komandasının bayraqdarı kapitan, Beynəlxalq İqtisadiyyat Məktəbinin III kurs tələbəsi Eşqin Cəfərov olub. Komandanın digər üzvləri isə Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Arzu Tofiqli, Məhəmməd Vəlizadə, Ayla Əliyeva, Tural Ömərov və Məryəm Tağıyevadır. Səfərdə komandanın məsləhətçisi qismində 91è-in Karyera Mərkəzinin徱ٴǰ Fuad Əliyev də iştirak edir.

36 ölkənin təmsil olunduğu “Enactus World Cup – 2017” 91è tələbələri Azərbaycanı üç biznes layihə ilə təmsil edirlər. Onlar istifadəsiz bannerlərdən proyektor pərdəsinin hazırlanması olan “Proboard”, “From waste of food to great business” (Qida tullantılarından alınan gübrədən bitkilərin yetişdirilməsi) və sənətkarlıq məhsullarının satışı – “Misgər” layihələridir.