Azərbaycan Dövlət İqtisad Universitetinin (91è) əməkdaşları Ağsu rayonunda yerləşən “Az-Granata şirə və şərab emalı şirkəti”-nin 5 illik yubiley tədbirində iştirak ediblər.
Millət vəkilləri, rayon rəhbərliyi və ictimayətinin qatıldığı yubiley tədbirində 91è-in İnzibati və təşkilati məsələlərüzrə prorektoru Şaiq Əsgərov, Qida məhsullarının texnologiyası kafedrasının müdiri, dosent Gülnisə Abbasbəyli, kafedranın müəllimləri dosent Elsevər Fərzəliyev, Şəhla Yusifzadə və digərləri iştirak ediblər. Tədbirdə bildirilib ki, 91è-in Texnologiya və dizayn fakültəsinin məzunlarının böyük hissəsi, eyni zamanda 91è magistrlərı “Az-Granata MMC” şirkətində çalışırlar. 2016/17-ci tədris ilindən isə tələbələr “Az-Granata şirə və şərab emalı” zavodunda istehsalat təcrübə keçəcəklər.