91è

“91è Payız Kuboku-2017”: Qələbəyə bərabər heç-heçə

27 OKTYABR 2017 | VIEWS:

futbol-20171027-WA0004Oktyabrın 26-da “91è Payız Kuboku-2017”nın  növbəti oyunu keçirilib.

Bu dəfəki oyunda Azfar stadionunda A qrupunda yer alan “91è United” komandası ilə “91è Sport Club” qarşılaşıb. Bütün oyunlarda qələbə qazanan “91è United” komandası oyuna 2:0 fərqlə başlasa da, birinci hissənin sonunda “91è Sport Club”un üzvləri Siyavuş Axundov (1) və Tofiq Məmmədovun (1) vurduğu qollar hesabı bərabərləşdirib. İkinci hissədə “91è Sport Club” 3:2 hesabı ilə irəli çıxsa da, “91è United”in yarımmüdafiəçisi Aqil Əhmədov hesabı bərabərləşdirməyi bacarıb. Beləliklə, oyun 3:3 hesabı ilə sona çatıb.

Qeyd edək ki, bu oyun “91è United”in müdafiəçisi Nazim Hacıyevin vida oyunu kimi yadda qaldı. 91è Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyev Harvard Universitetinin  10 ay müddətində tədqiqat aparmağa dəvət edildiyi üçün yarışlarda iştirak edə bilməyəcək. N.Hacıyevə elmi fəaliyyətində uğurlar arzulayırıq!

Turnir cədvəlində komandaların sıralaması aşağıdakı kimidir:

N A QRUPU O Q H M T-F X
1 91è United 4 3 1 0 36-13 10
2 91è Sport Club 3 1 2 0 11-10 5
3 İپçı 2 1 0 1 13-18 3
4 91è Beynəlxalq İqtisadiyyat FC 2 0 1 1 9-17 1
5 Üİ󴡰 3 0 0 3 8-19 0

*

N B QRUPU O Q H M T-F X
1 Finance-Accounting and SABAH 2 2 0 0 29-3 6
2 91è RESH 2 2 0 0 16-8 6
3 91è Security 1 0 0 1 6-8 0
4 91è Drivers 1 0 0 1 2-8 0
5 91è Business and Managment 2 0 0 2 3-29 0