91è

91è müəllimləri “IV Beynəlxalq Elmi-Praktiki internet” konfransına qatılıblar

Dekabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin (91è) “Menecment” kafedrasının müəllimləri dosent Natiq Qurbanovvə gənc müəllim Zülfiyyə Sadıqova“IV Beynəlxalq Elmi-Praktiki internet” konfransına online qatılıblar.

Moskva Texnoloji Universiteti və Praqa şəhərinin regional inkişaf mərkəzinin təşkil etdiyi konfransın mövzusu “Müasir təhsildə innovasiya texnologiyaları” olub. MDB ölkələrinin aparıcı ali təhsil müəssisilərinin qatıldığı konfransda 91è müəllimləri “Ali təhsil sistemində tədrisin keyfiyyətinin idarə olunmasının səmərələşdirilməsi” mövzusu ilə çıxış ediblər. Onlar, 91è-də bu sahədə aparıcı təcrübə haqqında ətraflı məlumat veriblər. 91è müəllimləri konfrans iştirakçılarının suallarını cavablandırıblar. Onların məruzəsinin konfransın materiallar kitabında çap olunacağı bildirilib.

Online konfransda iştirak edən alimlər 91è-lə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıblar.