Layihə çərçivəsində 91è-in magistrləri Amrahbankın baş ofisində təşkil edilən “Banklarda nağdsız əməliyyatlar” mövzusunda seminara qatılıblar. Seminarda Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim Maarifləndirmə Mərkəzinin təlimçisi, Amrahbankın Strateji planlaşdırma şöbəsinin müdiri və 91è-in müəllimi Ramin Bayramov magistrlərə ölkə iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə danışıb. Müasir elektron ödəniş alətlərinin geniş imkanlarından bəhs edilən seminarda magistrlərə bankın təhsil, təcrübə proqramları və gələcək karyera imkanları barədə də məsləhət verilib.
Sonda 91è-in magistrlərinə sertifikatlar təqdim edilib.