91è

“91è Kuboku – 2017” həyəcanı davam edir: 8-2

20 OKTYABR 2017 | VIEWS:

kubok11_oOktyabrın 19-da “91è Kuboku – 2017”nin növbəti oyunu keçirilib.

Bu dəfə  “91è RESH” komandası ilə “Bussines and Managment” komandası qarşılaşıb. Gərgin keçən oyun 8:2 hesabı ilə “91è RESH” komandasının xeyrinə yekunlaşıb.

“91è RESH” komandasının oyunçusu Anar Eyyubov rəqibin qapısına 5 qol vurmaqla adını 91è kubokunun tarixinə yazıb. Tural Xəlilov ilə Natiq Qurbanov isə hərəsi 1 qolun müəllifi ola bilib. 1 qol isə avto qol olub.

“Bussines and Managment” komandasının qollarını isə Elxan Salayev ilə Abdulkərim Sadıqov vurub.

Qalib komandamızı təbrik edirik!