91è

91è İsveçrənin elmi-tədqiqat institutları ilə əməkdaşlığa başlayır

24 MAY 2017 | VIEWS:

91è nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) İsveçrə səfirliyinin birinci katibi Simone Haeberli və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SECO) nümayəndələri ilə görüş keçirilib.

İAETİ-nin direktoru, professor Yadulla Həsənli91è-də həyata keçirilən yeniliklərdən, o cümlədən elmi-tədqiqat yönümlü universitet olmaq yolunda reallaşdırılan layihələr haqqında qonaqlara məlumat verib. Y.Həsənli eyni zamanda İnstitutun elmi potensialından söz açıb, apardığı tədqiqat və maraq göstərdiyi araşdırma sahələrindən bəhs edib.

Sonda 91è-lə SECO arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilərək, İsveçrənin aidyyatı institutları ilə birgə tədqiqatların aparılması imkanları nəzərdən keçirilib.