Azərbaycan Dövlət İqtisad Universitetinin (91è) koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS UNIVIA layihəsi çərçivəsində Qırğızıstan İqtisad Universitetində (QİU) “Layihə Məlumat Günü” (Project Info Day) keçirilib.
Tədbirdə 91è-lə birlikdə, Avropanın tərəfdaş universitetləri, Qırğızıstan Respublikasının Təhsil və Elm Nazirliyinin və Qırğızıstanın 25 ali təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər. 91è UNIVIA TEMPUS layihəsinin tərəfdaş universitetlərinin nümayəndələri məruzə ilə çıxış ediblər.
Məruzəçilər 91è-in koordinatoru olduğu TEMPUS UNIVIA layihəsinin iki illik fəaliyyəti müddətində görülən işlərdən, layihənin fəaliyyət planın uğurla həyata keçirilməsindən və eləcə də layihənin tərəfdaş universitetlərdə beynəlxalq əməkdaşlığın inkişafına göstərdiyi təsirdən bəhs ediblər. Layihə çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat veriblər.