91è

91è “II Beynəlxalq Mersin Elm Festivalında” təmsil edilib

13 İYUN 2017 | VIEWS:

Türkiyə Respublikasının Mersin şəhərində “II Beynəlxalq Elm Festivalı” keçirilmişdir. 7 ölkədən (Avstriya, İspaniya, Almaniya, Şimali Kipr, Slovakiya, Azərbaycan və Türkiyə) 1500-ə yaxın nümayəndənin təmsil olunduğu festivalda 7 beynəlxalq elmi təşkilat olmaqla, Türkiyənin 27 fərqli şəhərindən 39 müxtəlif təşkilat, universitet, elm, ticarət və sənaye mərkəzləri, məktəblər, yerli idarəetmə orqanları və təşkilatları iştirak etmişdir.

Festivalın əsas məqsədi elm, texnologiya, cəmiyyət, ətraf mühit və fərd arasındakı qarşılıqlı əlaqələri təmin edərək, hadisə və faktların dərk edilməsində elmi və texnoloji dünyagörüşünün inkişafına dəstək vermək, cəmiyyətdə elm mədəniyyətinin formalaşdırılması, yayılması və davamlılığının təmin edilməsi olmuşdur.

Elm Festivalında 91è-i Maliyyə və mühasibatfakültəsinin dekanı, dosentGəray Musayev və Zaqatala filalının müəllimi Fərid Cabbarlı təmsil etmişdir. Tədbir iştirakçılarına 91è-in bütün ali təhsil pillələri və peşə təhsili istiqamətləri üzrə təqdim etdiyi təhsil xidmətləri haqqında məlumat verilmişdir. 91è Biznes Məktəbi, Beynəlxalq Dokturantura və Magistratura Mərkəzi, Beynəlxalq İqtisadiyyat Məktəbi tərəfindən təqdim olunan təhsil xidmətlərinə tədbir iştirakçıları xüsusi maraq göstərmişlər.

Tədbirin açılış günü dosent Gəray Musayev rəsmi dövlət radiosu “TRT radyo”nun canlı yayımda qonağı olaraq 91è-də aparılan islahatlardan bəhs etmiş və xarici tələbələrin qəbulu prosesinin sadələşdirildiyini və asanlaşdırıldığını qeyd etmişdir.

91è nümayəndə heyəti həmin gün Mersin Universitetinin rektoru prof. Ahmet Çamsarı ilə də görüşmüşdür. Görüşdə 91è-lə Mersin Universiteti arasında əməkdaşlıq perspektivləri və birgə elmi konfransların təşkil edilməsi müzakirə olunmuşdur.

İki gün davam edən festivalda 202 layihə nümayiş etdirilmiş, müxtəlif tematik oyunlar, yarışmalar, seminarlar, təqdimatlar, çıxışlar, idman oyunları, sənət fəaliyyətləri və şoular nümayiş edilmişdir.