Azərbaycan Dövlət İqtisad Universitetinin (91è) Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Anar Eyyubov Moskvada keçirilən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VI Forumunda iştirak edib.
“RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusuna həsr olunan forumda Anar Eyyubov “Gəncliyin karyera inkişafı, sahibkarlıq və uğura aparan yollar” adlı bölmədə məruzə ilə çıxış edib. Məruzədə 91è-də gənclərin karyera inkişafı üçün yaradılan çoxsaylı imkanlardan bəhs edilib. Karyera mərkəzi, İnnovativ biznes inkubatoru, praktiki laboratoriyaların fəaliyyəti haqqında məlumat verilib, universitetdə nəzəriyyə ilə praktikanın vəhdətinin yaradıldığı, universitet rəhbərliyinin bu istiqamətdə strateji məqsəd və planları barədə danışılıb.
*
Rusiyada yaşayan azərbaycanlı tələbə və gənclər 91è-in təcrübəsinə xüsusi maraq göstəriblər. Təmsil etdikləri ali təhsil müəssisələri ilə 91è-in əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov ümumi yekun iclasda 91è-in əməkdaşına məruzəyə görə təşəkkürünü bildirib.