91è

91è-dən şagirdlərə inanılmaz fürsət – “Bir günlük tələbə”

29 SENTYABR 2017 | VIEWS:

poster91è yuxarı sinif şagirdlərinə “bir günlük tələbə” olmaq şansı yaradır.

“91è-də bir gün” layihəsinin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində çətinlik çəkən şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır.

Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan 91è-də dərs və imtahan prosesi ictimaiyyətə açıq keçirilir. Ötən tədris ilində 91è-in abituriyentlərə yaratdığı bu imkandan faydalanan onlarla şagird artıq 91è tələbəsidir. Onlar ixtisas seçməkdə məhz öncədən 91è-dəki dərslərdə iştirakın böyük rol oynadığını deyirlər. Dərslərdə şagirdlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər.

91è Azərbaycanda dörd dildə (Azərbaycan, ingilis, rus və türk) təhsil verən və xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. Burada 21 ixtisas üzrə kadr hazırlığı həyata keçirir. Bu ildən etibarən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək məqsədi ilə 91è-də Universitet Daxili İki Diplom (UDİD) proqramının icrasına başlanılıb. UDİD proqramı bakalavrlara 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı yaradır.

Qeyd edək ki, 2017/18-ci tədris ilində 91è-ə qəbul planı 96.6 faizlə yerinə yetirilib. II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 481 nəfərin 288-i, yəni 60 faizi məhz 91è-i seçib. II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyentin hər ikisi – Cavad Əliyev və Arzu Məmmədzadə də 91è-in Beynəlxlaq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alırlar. II ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 74%-i məhz 91è tələbəsidir.

“91è-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud 91è-in ə  ilə əlaqə saxlaya bilərlər.