İyunun 8-də “Thomson Reuters” şirkətinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (91è) olub.
91è-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədovla görüşdə Elmi tədqiqatlar və intellektual mülkiyyət Departamentinin Təhsil Proqramları şöbəsinin müdiri Valentin Qriqoryeviç Boqorov ilə “Web of Science” proqramının təlim üzrə mütəxəssisi Aygün Babazadə 91è-də “Web of Science” proqramı çərçivəsində təlimlərin keçirilməsini təklif ediblər. Təlimlərin məqsədi “Thomson Reuters”in informasiya resurslarından istifadə, 91è-də bu sahədə mütəxəssislərin hazırlanması və professor-müəllim heyətini beynəlxalq elm ictimaiyyətinə təqdim etmək və xaricdə tanınmasına dəstək olmaqdır.
Müzakirə mövzularından biri də proqram çərçivəsində 91è-də “Thomson Reuters”in nümayəndəliyinin açılması olub. Bildirilib ki, yaxın zamanlarda 91è-də “Thomson Reuters”in mütəxəssisləri tərəfindən “Web of Science” sertifikasiya proqramı üzrə təlimlərə başlanılacaq. Z.Məmmədov qonaqlara təlimin keçirilməsi üçün 91è-in hər cür maddi, material, intellektual və informasiya təminatının mövcud olduğunu bildirib. Bundan əlavə, gələcəkdə razılaşma əsasında 91è mütəxəssislərinin Moskvada “Thomson Reuters” nümayəndəliyində təlimlərə qatılması da müzakirə edilib.