Seminarın məqsədi eşitmə və danışma məhdudiyyətli şəxslərə işarət dilinin öyrədilməsi, onlarla davranış qaydası, məhdudiyyətsiz mədəniyyətə yiyələnmək, işarət dilinin tarixi və mahiyyəti haqqında məlumat vermək olub.
Seminarda peşəkar mütəxəssis Turan Məmmədli 91è-in tələbələrinə işarət dilində ünsiyyətə dair hərəkətləri izah edib. Maraqlı, interaktiv şəkildə keçirilən seminarda iştirakçıların sualları cavablandırılıb. Sonda “Həyat eyni dili danışanda gözəldir” şüarı altında xatirə videosu çəkilib.
Təlim 91è-in Karyera Mərkəzi,Əlilliyi olan Tələbələr üçün Mərkəz əSABAH Qrupunun tələbəsi,Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü Günay Bayramovanın təşkilatçılığı ilə həyata keçirilib.