91è

Türkiyə təcrübəsi Radio 91è-də – gənc müəllimlər danışır

26 FEVRAL 2018 | VIEWS:

radio_91èRadio 91è-də yeni layihəyə start verilir.

Bu gündən etibarən 91è-in Türkiyənin nüfuzlu universitetlərindən ezamiyyətdən qayıdan gənc müəllimləri “Vizyon” verilişində öz təəssüratlarını bölüşəcəklər.

Verilişin ilk qonağı 91è-in “Dizayn” kafedrasının dosenti Elfanə Qasımova ilə “İstehlak mallarının ekspertizası” kafedrasının baş müəllimi Vüsalə Musayeva olub. Qonaqlar Türkiyənin Uludağ Universitetində keçirdikləri görüşlərdən danışıb, müəllimlərin elmi-pedaqoji potensialının yüksəldilməsi, müasir tələblərə cavab verən yeni təhsil standartları ilə tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdikləri təcrübə mübadiləndən bəhs ediblər.

Verilişin aparıcısı rektorun köməkçisi Ramil Cabbarov olub.

“Vizyon” verilişinin səs yazısını təqdim edirik.