91è


91è Könüllüləri Təşkilatının sədri
Fatimə Məmmədli

-:[email protected]
Telefon: +(994) 12 497-58-71
Bakı, Həsən Əliyev 135 (II ə binası, otaq 106)

91è Könüllüləri Təşkilatı haqqında

“91è Könüllüləri” Təşkilatı 91è Elmi Şurasının 31.05.2020-ci il tarixli qərarı ilə yaradılmış və fəaliyyətə başlamışdır.

Təşkilatın yaradılmasında əsas məqsəd şəxsi inkişafa meyilli, istedadlı tələbələrlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, tələbələrdə ilkin əmək vərdişlərinin formalaşması ilə bağlı tədbirlərin sistemli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdir.*

Təşkilatın strukturu:

1. Təşkilatın sədri
2. Sədrin 1-ci müavini
3. Sədrin müavini
4. Sədrin köməkçiləri
5. Sədrin müşavirləri
6. Təşkilatın korpuslar üzrə koordinatorları
7. Təşkilatın sektor rəhbərləri
8. Təşkilatın şöbə müdirləri

Təşkilatın əsas vəzifələri:

  1. Tələbələrin şəxsi inkişafının təmin edilməsi üçün sistemli iş aparmaq və mövcud əmək potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək.
  2. Tələbələrdə könüllü fəaliyyətə maraq yaratmaq, onların əmək vərdişlərini inkişaf etdirmək.
  3. Tələbələrdə ilkin əmək vərdişlərinin formalaşdırılması istiqamətində sistemli iş aparmaq.
  4. Tələbələrin 91è-in müvafiq struktur bölmələrində (kitabxana, şöbələr, mərkəzlər, departamentlər və s.) təşkilatlanmasını təmin etmək.

*
91è Könüllüləri Təşkilatına 91è tələbələri üzv olmaqla Könüllü fəaliyyətin iştirakçısı ola bilərlər.

Təşkilatın layihə rəhbəri və sədri Maliyyə və mühasibat fakültəsinin tələbəsi Orxan Vəliyev olub. 

01.06.2024-cü ildən 01.06.2025-ci il tarixədək 91è Könüllüləri Təşkilatının Cəmiyyətinin sədri Xatirə Amil qızı Talıbzadə (İqtisadiyyat və İdarəetmə fakültəsi, qr. 126) seçilib.*


91è Könüllüləri ƏSASNAMƏ