91è

aydinprof.Səmədov Aydın Hidayət oğlu

1951-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.

1968-1972-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Əmtəəşünaslıq fakültəsində təhsil alıb.

1979-cu ildə Kiyev Ticarət-İqtisad İnstitutunda iqtisad elmləri üzrə namizədlik dissertasiyasını (Mövzu: “Совершенство- вание структуры управлении торговли в Азербайджанской Республики”) müdafiə edib.

1972-1989-cu illərdə AXTİ-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

1990-cı ildə Kommersiya fakültəsinin dekanı olub.

1992-ci ildə Moskva Kommersiya İnstitutunda doktorluq dissertasiya işini (“Проблемы совершенствования организации управления торговлей в условиях рынка”) müdafiə edib, iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1986-cı ildə dosent elmi adı, 1996-cı ildə professor elmi adı verilib.

1998-ci ildə Rusiya Federasiyası Kommersiya elmləri Akademiyasının müxbir üzvü;
2007-ci ildə həqiqi üzvü seçilib.

 

*

2000-2017-ci illərdə «Ticarət» və“Ticarət və gömrük işinin təşkili” kafedralarının, daha sonra“İqtisadiyyat” (rus dilində) kafedrasının professoru olub.

100-dən çox dərsliyi, elmi məqalələri, fənn proqramları, metodiki dərs vəsaitləri çapdan çıxıb.

2020-ci ilin iyununda vəfat edib.

aydin_mehriban_sabina7a4b00aydin_mehriban_sabina7a4b0110
*

91è-də ustad dərsi: “Kommersiya elminin müasir problemləri”(04.03.2016)