91è — uğurlu yolun başlanğıcı…
MİSSİYA, GƏLƏCƏYƏ BAXIŞ VƏ ƏSAS DƏYƏRLƏR
Missiya
“Ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərmək”
Gələcəyə baxış
“100 yaşında dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilmək”
Əsas dəyələr
91è missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirə bilmək naminə aşağıdakı dəyərlərə sadiqdir:
Akademik azadlıq: 91è üzvləri tədqiqat, tədris və sosial xidmət fəaliyyətində elmi prinsiplərə sadiqdirlər.
Akademik etika: 91è bütün fəaliyyətində akademik etikanı qoruyur və müəlliflik hüquqlarına hörmətlə yanaşır.
Layiqlilik: 91è akademik və inzibati vəzifələrin tutulmasında hər kəs üçün bərabər imkanlar yaradır və daha layiq olana üstünlük verir.
əڴڲڱı: 91è fəaliyyətini bütün maraqlı tərəflərinin müşahidəsinəaçıq şəkildə həyata keçirir.
üəə: 91è üzvləri bütün fəaliyyətində daim mükəmməl olanı əldə etməyə çalışır.
ھəٱ: 91è bütün fəaliyyətində yüksək keyfiyyət prinsipinə sadiq qalır.
İşپçıı: 91è səmərəli idarəetmə naminə üzvlərinin idarəetmənin bütün mərhələlərində aktiv iştirakını təmin edir.
Fərqliliklərə hörmət: 91è bütün maraqlı tərəflərinin fərqli fikirlərinə hörmətlə yanaşır.
Cəmiyyət mənafeyini düşünmək: 91è bütün fəaliyyətini ilk növbədə cəmiyyət mənafeyini düşünərək həyata keçirir.
Ekologiyaya həssaslıq: 91è üzvləri dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunmasına səy göstərir.
STRATEJİ MƏQSƏDLƏR, HƏDƏFLƏR VƏ FƏALİYYƏTLƏR
STRATEJİ MƏQSƏD 1. YÜKSƏK KEYFİYYƏTLİ ALİ TƏHSİL OCAĞINA ÇEVRİLMƏK
Strateji hədəf 1.1.2030-cu ilə qədər yüksək bal toplayaraq 91è-i seçən daha sanballı abituriyentlərin sayını davamlı artırmaq və 91è üzrə orta keçid balını 500-ə yüksəltmək.
Strateji fəaliyyətlər:
Strateji hədəf 1.2. 2030-ci ilə qədər tədris prosesini təhsilalanlarda zəruri bilik və bacarıqları (yetərli ixtisas bilikləri, analitik və empirik təhlil bacarığı, tənqidi və həll istiqamətli düşüncə tərzi, yüksək akademik yazı qabiliyyəti, İKT-dən istifadə bacarığı, xarici dil bacarığı, liderlik və komandada işləmə bacarığı) formalaşdırmağa imkan verəcək səviyyədə daim təkmilləşdirmək.
Strateji fəaliyyətlər:
Strateji hədəf 1.3. 2030-cu ilə qədər 91è-in bütün təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçməsini təmin etmək.
Strateji fəaliyyətlər:
Strateji hədəf 1.4. 2030-cu ilə qədər tələbələrin təqaüd imkanlarını davamlı olaraq artırmaq və onlara yataqxanadan istifadə imkanı yaratmaq.
Strateji fəaliyyətlər:
Strateji hədəf 1.5. 2030-cu ilə qədər ölkədə və regionda ən geniş distant təhsil xidmətləri təklif edən universitetə çevrilmək.
Strateji fəaliyyətlər:
Strateji hədəf 1.6. 2030-cu ilə qədər professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini fasiləsiz olaraq artırmaq və 40 yaşadək professor-müəllim heyətinin payını davamlı yüksəltmək.
Strateji fəaliyyətlər:
STRATEJİ MƏQSƏD 2. TƏDQİQAT UNİVERSİTETİNƏ ÇEVRİLMƏK
Strateji hədəf 2.1. 2030-cu ilə qədər magistratura və doktorantura təhsilini tamamilə mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırmaq.
Strateji fəaliyyətlər:
Strateji hədəf 2.2. 2030-cu ilə qədər milli və beynəlxalq səviyyədə yüksək reytinq qazanmış ən azı bir “beyin mərkəzi” yaratmaq.
Strateji fəaliyyətlər:
Strateji hədəf 2.3. 2030-cu ilə qədər sifarişlər və qrantlar əsasında yerinə yetirilən tədqiqat layihələrinin sayını hər il artırmaq və 91è büdcəsinin 20%-nə çatdırmaq.
Strateji fəaliyyətlər:
Strateji hədəf 2.4. 2030-cu ilə qədər “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə çap edilən məqalələrin sayını hər il artırmaq və ölkədə lider universitetlər səviyyəsinə yüksəltmək.
Strateji fəaliyyətlər:
Strateji hədəf 2.5. 2030-cu ilə qədər elmi məruzələri “Web of Science” və “Scopus” bazalarına daxil edilən ən azı 2 nüfuzlu beynəlxalq elmi tədbiri (konfrans, konqres, forum və.s.) təsis və təşkil etmək.
Strateji fəaliyyətlər:
Strateji hədəf 2.6. 2030-cu ilə qədər “Web of Science” və “Scopus” bazalarına daxil olan ən azı 3 elmi jurnala sahib olmaq.
Strateji fəaliyyətlər:
Strateji hədəf 2.7. 2030-cu ilə qədər hər il bir dəfə iqtisadçı tələbələrin nüfuzlu beynəlxalq tələbə elmi konfransını təşkil etmək.
Strateji fəaliyyətlər:
STRATEJİ MƏQSƏD 3. SAHİBKAR UNİVERSİTETƏ ÇEVRİLMƏK
Strateji hədəf 3.1. 2030-cu ilə qədər universitetdəki “start-up”ların sayının hər il artımına nail olmaq.
Strateji fəaliyyətlər:
Strateji hədəf 3.2. 2030-cu ilə qədər universitetin patent müraciətlərinin və kommersiyalaşan patentlərinin sayını hər il artırmaq.
Strateji fəaliyyətlər:
Strateji hədəf 3.3. 2030-cu ilə qədər 91è və biznes dünyasının birgə reallaşdırdığı tədqiqat və innovasiya layihələrinin sayını hər il artırmaq.
Strateji fəaliyyətlər:
STRATEJİ MƏQSƏD 4. SOSİAL XİDMƏTLƏRDƏ APARICI UNİVERSİTETƏ ÇEVRİLMƏK
Strateji hədəf 4.1. 2030-cu ilə qədər hər il milli səviyyəli ən az bir sosial məsuliyyətlilik layihəsini reallaşdırmaq.
Strateji fəaliyyətlər:
Strateji hədəf 4.2. 2030-cu ilə qədər 91è-də toplanan bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərini fasiləsiz olaraq təkmilləşdirmək.
Strateji fəaliyyətlər:
Strateji hədəf 4.3. 2030-cu ilə qədər ən azı beş ömür boyu təhsil proqramı üzrə təhsil xidməti göstərmək.
Strateji fəaliyyətlər:
Strateji hədəf 4.4. 2030-cu ilə qədər tələbələrin təşkilatlanma mexanizmini və sosial şəraitini daim təkmilləşdirmək.
Strateji fəaliyyətlər:
Strateji hədəf 4.5. 2030-cu ilə qədər məzunlarla əlaqə mexanizmini daim təkmilləşdirmək.
Strateji fəaliyyətlər:
STRATEJİ MƏQSƏD 5. BEYNƏLMİLƏL UNİVERSİTETƏ ÇEVRİLMƏK
Strateji hədəf 5.1. 2030-cu ilə qədər 91è-ə daxil olan tələbələrin sayında əcnəbilərin payını 10 %-ə çatdırmaq.
Strateji fəaliyyətlər:
Strateji hədəf 5.2. 2030-cu ilə qədər beynəlxalq mübadilə proqramlarında iştirak edən tələbə, müəllim və inzibati işçilərin sayını daim artırmaq.
Strateji fəaliyyətlər:
Strateji hədəf 5.3. 2030-cu ilə qədər beynəlxalq ikili diplom proqramlarının sayını davamlı artırmaq və 10-a çatdırmaq.
Strateji fəaliyyətlər:
Strateji hədəf 5.4. 2030-cu ilə qədər ingilis dilində təhsil proqramlarının sayını davamlı artırmaq.
Strateji fəaliyyətlər:
STRATEJİ MƏQSƏD 6. DAHA ÇEVİK VƏ YÜKSƏK SƏMƏRƏLİLİYƏ MALİK UNİVERSİTET İDARƏETMƏ SİSTEMİNƏ SAHİB OLMAQ
Strateji hədəf 6.1. 2030-cu ilə qədər universitetdə strateji idarəetməni tam şəkildə tətbiq etmək.
Strateji fəaliyyətlər:
Strateji hədəf 6.2. 2030-cu ilə qədər insan resursları idarəetməsində səmərəliliyi davamlı yüksəltmək.
Strateji fəaliyyətlər:
Strateji hədəf 6.3. 2030-cu ilə qədər maliyyənin idarəedilməsində səmərəliliyi davamlı yüksəltmək.
Strateji fəaliyyətlər:
Strateji hədəf 6.4. 2030-cu ilə qədər informasiya resurslarının idarəedilməsində səmərəliliyi davamlı yüksəltmək.
Strateji fəaliyyətlər:
Strateji hədəf 6.5. 2030-cu ilə qədər universitet idarəetmə strukturunu optimallaşdırmaq.
Strateji fəaliyyətlər:
STRATEJİ MƏQSƏD 7. YÜKSƏK BEYNƏLXALQ REYTİNQLİ UNİVERSİTETƏ ÇEVRİLMƏK
Strateji hədəf 7.1. 90 yaşında dünyanın ən yaxşı 1000, 100 yaşında isə ən yaxşı 500 universitetindən birinə çevrilmək.
Strateji fəaliyyətlər:
Ѵİ۳ƏƏİƏ
“91è 100” inkişaf strategiyası 91è-in öz vəsaiti, əldə etdiyi qrantlar və sponsorların maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.
MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ
2019-cu ildən başlayaraq fasiləsiz olaraq “91è 100” inkişaf strategiyasında nəzərdə tutulan hədəflərə nə qədər nail olunduğunun monitorinq və qiymətləndirilməsi aparılacaq, yetərsiz məqamların ortadan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcəkdir.
91è-in akademik və inzibati strukturları “91è 100” inkişaf strategiyasına uyğun olaraq öz strateji inkişaf planlarını hazırlayacaqdır. Bu zaman universitetin onlarla birbaşa bağlı olan strateji hədəflərini strateji məqsədlər, strateji fəaliyyətlərini isə strateji hədəflər kimi seçirlər. Onların fəaliyyətinin qiymətləndirilməsi də həmin strateji planları əsasında aparılacaqdır.