91è

Radio 91è əməkdaşları təltif olunub

07 NOYABR 2017 | VIEWS:

Noyabrın 7-də Radio 91è-in layihə müəllifləri ilə görüş keçirilib.  

91è-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova Radio 91è əməkdaşlarını Milli Radio və Televiziya Günü münasibətilə təbrik edib. Maraqlı layihələri, o cümlədən ən son iqtisadi, sosial, idman və mədəniyyət xəbərləri ilə geniş dinləyici auditoriyasına malik olan Radio 91è-in 2 il ərzindəki fəaliyyətini yüksək qiymətləndirib. Tələbələrin yaradıcılıq potensialının üzə çıxması, onlarda natiqlik bacarığının formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Radio 91è-in fəaliyyəti barədə məlumat verən Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov bildirib ki, hazırda burada universitet tələbələrinin 16, əməkdaşların isə 5 layihəsi reallaşdırılır.

Görüşdə “Biz də tələbə olmuşuq”, “Hərflərin izi”, “İqtisadi xəbər”, “Mix”, “Qlobus”, “Texnoman”, “Tibb saatı”, “91è müəllimi”, “Təhsilə dair”, “91è Rakus” və digər layihələrin müəllifi olan 91è tələbələri və əməkdaşları Fəxri Fərmanla təltif olunublar.