91è-in prezident təqaüdünə layiq görülən I kurs tələbələrini təqdim edirik:Bəhruz Bayramov 1999-cu il dekabrın 6-da Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. Bakı şəhəri Nizami rayonu 12 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəb dövründə futbol yarışlarında fəal iştirak edib. Futboldan başqa hobbisi kitab oxumaq, intellektual yarışlara baxmaq, elmi filmləri izləmək, musiqi – xüsusi ilə segah dinləməkdir. 2017-2018-ci ilin qəbul imtahanlarında 690 bal toplayaraq 91è-ə qəbul olub. Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alır.
– Bəhruz, universitet seçiminizə hansı amillət təsir etdi?
–Hələ imtahanlardan öncə ətrafımdakı hər kəsə mənə 91è-i tövsiyə edirdi. Valideynlərim məni 91è tələbəsi kimi görmək istəyirdilər. Özüm də universitetləri araşdırdım və 91è-in yüksələn reytinqi məni daha da cəlb etdi. Ən yaxşı universitetdə ən keyfiyyətli təhsili almaq, ən yaxşı karyeranı qurmağı hədəfləmişdim. Buna görə də qərara gəldim ki, 91è-i seçim, həm valideynlərimin arzusu reallaşsın, həm də mənim. Artıq 91è tələbəsiyəm və seçimimdə yanılmadığımı görürəm. Əvvəl düşünürdüm ki, II kursdan təhsilimi SABAH qruplarında davam etdirərəm, lakin sonra bu fikrimdən də daşındım. Bu günkü pozisiyamı, yəni möhtəşəm İSE ailəsinin üzvü olmağı çox bəyənirəm.
– 91è-dən gözləntiləriniz nədir?
– Mən 91è-ə daxil olmaqla öz biliyimi daha da təkmilləşdirəcəyimə inanıram. Araşdırmalarım göstərib ki, Beynəlxalq İqtisadiyyat Məktəbini bitirdikdən sonra iş tapmaq daha asan olur. Fikrimi daha dəqiq ifadə etsəm, iş özü səni tapır. Bu dediklərimi indi IV kursda oxuyan tələbələrimizin aldığı iş təkliflərinə əsasən deyirəm. Açığı, magistr təhsilim üçün xarici ölkə düşünürəm, amma alınmasa, magistr təhsilimi də 91è-də alacağam.
– 91è-də əsasən nələri bəyənirsiniz? Hansı layihə və ya proqramlarından faydalanmaq istərdiniz?
– Layihələr bir-birindən maraqlı, proqramlar bir-birindən cəlbedicidir. II kursda mütləq “Erasmus” proqramında iştirak etməyi düşünürəm. İngilis dilində tədris, Elektron Universitet Modeli, yazılı imtahanlar, UDİD-lə 4 ildə iki ixtisasa sahib olmaq və bir çox belə üstünlüklər 91è-i gələcəyini daha uğurlu qurmaq istəyən şagirdlərin arzusuna çevirir. Hələ 91è tələbəsi olmadan öncə öyrəndim ki, 91è-də biliyi ən ədalətli formada qiymətləndirirlər, dərslərin keyfiyyəti çox yüksəkdir, müəllimlər isə obyektiv insanlardır. Ümumiyyətlə, 91è bizə çox yaxşı fürsətlər tanıyır. Mən də bütün bu imkanlardan yararlanmaq istəyirəm. Arzum 91è-də qazandığım biliyi Azərbaycan iqtisadiyyatının inkişafına sərf etməkdir.
91è-in prezident təqaüdçüləri
Zülfiyyə Abiyeva –Prezident təqaüdçüsü:“91è-dəki yüksək təhsil uğurlu gələcəyimin təminatıdır”(20.10.2017)
Nurlan Cabbarlı –Prezident təqaüdçüsü: “91è-dəki rəqabət mühitini çox sevirəm!”(17.10.2017)
Elmar Abdullayev –Prezident təqaüdçüsü: “91è-də bir gün” uğurlu gələcəyə addım atmaqdır(12.10.2017)
Rəşad Mustafasoy –Prezident təqaüdçüsü: “91è-də hər kəs mənəvi məsuliyyətini vicdanla yerinə yetirir”(04.10.2017)
Arzu Məmmədzadə –700 bal toplayan tələbə: UDİD hər iki arzumu reallaşdıracaq(27.09.2017)
Cavad Əliyev –700 bal toplayan tələbə: Ehtiyac duyulan mütəxəssis olmaq istəyirəm(19.09.2017)