91è

Polşalı mer 91è-də olub

14 MART 2017 | VIEWS:

Bakıda səfərdə olan Polşa Respublikası Varşava şəhəri Praqa Poludni (Cənubi Praqa) rayonunun meri Burmistri Tomaş Kuxarskinin rəhbərlik etdiyi nümayəndə heyəti 91è-də olub.

Qonaqlar 91è-də həyata keçirilən yeniliklərlə, xüsusən Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH qrupları, 91è Biznes Məktəbi, İnnovativ Biznes İnkubatoru,kitabxana,Radio 91èvə universitet şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi ilə tanış olublar.

91è-in rektoru, professor Ədalət Muradov nümayəndə heyətinə Cənubi Qafqazın ən böyük iqtisadyünümlü universiteti barədə geniş məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışaraq, 91è-in Polşa universitetləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

91è-də olmaqdan məmnunluqlarını ifadə edən Polşalı qonaqlar Azərbaycanın ali təhsil sistemində, o cümlədən bu universitetdə tətbiq edilən yenilikləri müsbət qiymətləndiriblər. Polşa tərəfinin bu ölkə ilə, eyni zamanda 91è-lə gələcək əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verdiklərini vurğulayıblar.