1.1. Bu Əsasnamə 91è Ömürboyu Təhsil Mərkəzinin hüquqi statusunu, vəzifələrini və funksiyalarını, maliyyələşdirilmə qaydasını, habelə işinin təşkili, Mərkəzin yenidən təşkili və ləğv edilməsi qaydasını müəyyən edir.
1.2. 91è Ömürboyu Təhsil Mərkəzi 91è-in Elmi Şurasının 07.04.2021 tarixli iclasının EŞ177 saylı qərarı ilə “91è Fasiləsiz Təhsil Mərkəzi” olaraq yaradılmışdır. 16 İyun 2021-ci il tarixində mərkəzin adı 91è-in Elmi Şurasının EŞ179 saylı qərarı ilə “91è Ömürboyu Təhsil Mərkəzi” olaraq dəyişdirilmişdir.
1.3. Ömürboyu Təhsil Mərkəzi 91è-in hazırlıq, ömürboyu təhsil proqramlarını həyata keçirən, eləcə də beynəlxalq yay məktəblərini təşkil edən tədris struktur bölməsidir. Ömürboyu Təhsil Mərkəzi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi, 91è Nizamnaməsi və daxili normativ aktları, eləcə də bu Əsasnamənin əsasında həyata keçirir.
1.4. Ömürboyu Təhsil Mərkəzinin fəaliyyətini 91è-də müəyyən edilmiş prorektorların vəzifə bölgüsünə uyğun olaraq Rəqəmsallaşma üzrə prorektor (bundan sonra: prorektor) koordinasiya edir.
1.5. Ömürboyu Təhsil Mərkəzinin isçilərinin əmək şəraiti hər bir işçi ilə bağlanan əmək müqaviləsi, eləcə də 91è-in daxili intizam qaydaları və digər daxili normativ aktları ilə tənzimlənir.
1.6. Mərkəzin tam adı “91è Ömürboyu Təhsil Mərkəzi”, qısaldılmış adı isə “91è ÖTM”-dir.
1.7. Ömürboyu Təhsil Mərkəzinin sənədlərinə çıxış hüququna onun işçilərindən başqa, rektor, prorektor, eləcə də mərkəzin fəaliyyətini yoxlamaq səlahiyyəti olan və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər şəxslər malikdirlər.
1.8. Ömürboyu Təhsil Mərkəzi ona həvalə olunmuş funksiyaları yerinə yetirmək üçün üzərində 91è-in tam və qısaldılmış adı, eləcə də Mərkəzin tam adının əks etdirən dairəvi möhürə malikdir.
1.9. Ömürboyu Təhsil Mərkəzi 91è-in korporativ saytı (portalı) daxilində bu Əsasnamənin 2-ci bölməsinə uyğun olaraq onun fəaliyyəti haqqında aktual məlumatları təqdim edən internet səhifəsinə (saytına) malikdir.
1.10. Ömürboyu Təhsil Mərkəzin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 91è Elmi Şurasının qərarı ilə həyata keçirilir.
1.11. 91è Elmi Şurasının qərarı 91è Rektorunun əmri ilə rəsmiləşdirilir.
1.12. Bu Əsasnamə və ona edilən dəyişikliklər 91è Elmi Şurası tərəfindən təsdiq edilir.
2.1. Ömürboyu Təhsil Mərkəzinin əsas vəzifələri aşağıdakılardır:
2.1.1. əcnəbilər üçün hazırlıq proqramları da daxil olmaqla, 91è tərəfindən təqdim edilən və Əlavə N1-də göstərilən bütün hazırlıq, eləcə də ömürboyu təhsil proqramları üzrə dinləyicilər üçün yüksək keyfiyyətli tədrisin təşkil edilməsi;
2.1.2. dinləyicilərdə idraki fəaliyyət və müstəqil iş vərdişlərinin inkişaf etdirilməsi;
2.1.3. dinləyicilərin ali təhsilin əsas tədris proqramları üzrə təhsil almaq üçün adaptasiya olunması;
2.1.4. 91è tərəfindən həyata keçirilən hazırlıq proqramları çərçivəsində tədris prosesinin metodiki və təşkilati təminatı;
2.1.5. 91è-in filiallarında və Azərbaycan Respublikasının bölgələrində 91è tərəfindən həyata keçirilən hazırlıq proqramları üzrə tədrisin təşkili.
2.1.6 91è tərəfindən təqdim edilən beynəlxalq yay məktəblərinn təşkili.
2.1.7. 91è Ömürboyu Təhsil Mərkəzinin tərkibində qurulan laboratoriya və tədqiqat mərkəzlərinin fəaliyyətinin təşkili
2.2. 91è Ömürboyu Təhsil Mərkəzi aşağıdakı funksiyaları yerinə yetirir:
2.2.1. dinləyiciləri orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarına hazırlayır;
2.2.2. dinləyiciləri ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarına hazırlayır;
2.2.3. Dövlət İmtahan Mərkəzinin xətti ilə göndərilən dinləyiciləri 91è-in fakültələrindən birinə bakalavriat səviyyəsində daxil olmaq üçün hazırlayır;
2.2.4. dinləyiciləri ali təhsil müəssisələrinin magistratura səviyyəsinin qəbul imtahanlarına hazırlayır;
2.2.5. dinləyiciləri ali təhsil müəssisələrinə daxil olmaq üçün əlavə sınaq imtahanlarına və yaradıcılıq müsabiqələrinə hazırlayır;
2.2.6. dinləyiciləri dövlət orqanları tərəfindən həyata keçirilən müxtəlif imtahanlara hazırlayır (Müəllimlərin işə qəbulu, Dövlət Qulluğuna hazırlıq, Vergi orqanlarına işə qəbul imtahanına hazırlıq);
2.2.7. müxtəlif peşə hazırlığı kursları təşkil edir (mühasibat üçotu, xarici dil)
2.2.8. dinləyicilər üçün olimpiadalarda iştiraka yönəlik proqramlar üzrə tədrisi təşkil edir;
2.2.9. 91è-in filiallarında hazırlıq proqramlarının tədrisini təşkil edir;
2.2.10 müxtəlif sertifikat proqramları hazırlayır və təqdim edir;
2.2.11 yaşlılar üçün müxtəlif təhsil proqramları hazırlayır və təqdim edir;
2.2.12 korporativ təhsil proqramları, o cümlədən mini ixtisas proqramları və qısa və intensiv kurslar hazırlayır və təqdim edir;
2.2.13 hazırlıq və ömürboyu təhsil proqramlarını əyani, məsafədən (distant qaydada), hibrid formada təşkil edir, eləcə də adaptiv tədris metodikasını tətbiq edir;
2.2.14 təqdim etdiyi proqramlar və beynəlxalq yay məktəbi üzrə təbliğat və təşviqat işlərini həyata keçirir və dinləyici cəlb edilməsini təmin edir.
2.2.15. tərkibində formalaşan maliyyə laboratoriyaları ilə korporativ, fərdi treninqlərin təşkilini, müvafiq sahə ilə bağlı tədqiqatların aparılmasını təmin edir.
3.1. Ömürboyu Təhsil Mərkəzinin strukturu və ştat cədvəli prorektorun təqdimatı üzrə 91è rektoru tərəfindən təsdiqlənir.
3.2. Ömürboyu Təhsil Mərkəzinə 91è rektoru tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir.
3.3. Ömürboyu Təhsil Mərkəzinin direktoru:
3.3.1. Ömürboyu Təhsil Mərkəzinin fəaliyyətinə birbaşa rəhbərlik edir və Ömürboyu Təhsil Mərkəzinə həvalə olunmuş vəzifələrin və funksiyaların icrasına cavabdehdir;
3.3.2. Ömürboyu Təhsil Mərkəzinin fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyinə, 91è-in Nizamnaməsinə və daxili normativ aktlarına əməl olunmasını, 91è rəhbər orqanlarının qərarlarının, 91è-in əmr və sərəncamlarının, eləcə də 91è rəhbərliyinin göstərişlərinin yerinə yetirilməsini təmin edir;
3.3.3. iş yerlərində yüksək məhsuldarlıqlı və keyfiyyətli əmək üçün optimal şəraitin yaradılmasını təmin edir;
3.3.4. işçilərin Azərbaycan Respublikası qanunvericiliyinə, 91è-in Nizamnaməsinə və daxili normativ sənədlərinə, o cümlədən 91è-in daxili intizam qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrinə nəzarət edir;
3.3.5. 91è tərəfindən bağlanmış mülki hüquqi müqavilələr üzrə öhdəliklərin, o cümlədən həmin müqavilələr üzrə Ömürboyu Təhsil Mərkəzinin işçiləri və cəlb edilmiş mütəxəssislər tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsini təmin edir;
3.3.6. 91è rəhbərliyinə Ömürboyu Təhsil Mərkəzinin fəaliyyətinin yaxşılaşdırılması, işinin səmərəliliyinin artırılması, mərkəzin aid ştat cədvəlində, habelə işçilərinin işə qəbulu, başqa işə keçirilməsi, işdən çıxarılması, həvəsləndirilməsi və inzibati tənbeh tədbirlərinin tətbiqi barədə təkliflər verir;
3.3.7. Ömürboyu Təhsil Mərkəzin işçilərinin vəzifə öhdəliklərini müəyyənləşdirir və təsdiq üçün 91è rəhbərliyinə təqdim edir;
3.3.8. Ömürboyu Təhsil Mərkəzinin fəaliyyəti ilə bağlı dövlət orqanlarında, müəssisə, idarə və təşkilatlarda 91è-i təmsil edir;
3.3.9. Ömürboyu Təhsil Mərkəzi tərəfindən yerinə yetirilən xidmətlərə (işlərə) görə 91è-ə pul vəsaitlərinin daxil olmasını təmin edir;
3.3.10. 91è-in korporativ internet saytı (portalı) daxilində Ömürboyu Təhsil Mərkəzinin internet səhifəsində (saytında) mərkəzin məlumatlarının yerləşdirilməsinə və yenilənməsinə nəzarət edir;
3.3.11 Ömürboyu Təhsil Mərkəzində müəyyən edilən qaydada kargüzarlıq işlərinin aparılmasını təmin edir;
3.3.12 91è-in daxili normativ aktlarına və bu Əsasnaməyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
3.2.13. 91è ÖTM-in daxilində yaradılan laboratoriya və tədqiqat mərkəzlərinin işlərinə nəzarət edir.
3.4. Ömürboyu Təhsil Mərkəzinin direktoru aşağıdakılara görə məsuliyyət daşıyır:
3.4.1. Bu Əsasnamədə göstərilən Ömürboyu Təhsil Mərkəzin vəzifə və funksiyaların keyfiyyətsiz yerinə yetirilməsi və vaxtında yerinə yetirilməməsi, 91è rəhbər orqanlarının qərarlarının, 91è-in əmr və sərəncamlarının və 91è rəhbərliyinin göstərişlərinin tam və vaxtında yerinə yetirilməməsi;
3.4.2. özünün əmək vəzifələrini yerinə yetirməməsivə ya lazımınca yerinə yetirməməsi;
3.4.3 91è-ə maddi ziyan vurması;
3.4.4. əmək funksiyalarını yerinə yetirərkən hüquq pozuntusu törədilməsi;
3.4.5. verilmiş səlahiyyətlərin hüdudlarını aşmaq;
3.4.6. Ömürboyu Təhsil Mərkəzin fəaliyyəti haqqında məlumat və sənədlərin qeyri-dəqiqliyi, vaxtında hazırlanmaması və 91è idarəetmə orqanlarına təqdim edilməməsi;
3.4.7. konfidensial məlumatların, kommersiya sirlərinin açıqlanması;
3.4.8. yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının, 91è-in daxili intizam qaydalarının pozulması;
3.4.9. Ömürboyu Təhsil Mərkəzində kargüzarlıq işlərinin 91è-in daxili qaydalarına uyğun olaraq təşkili və aparılması üçün tədbirlər görülməməsi;
3.4.10. Azərbaycan Respublikasının qanunvericiliyi və (və ya) 91è-in daxili normativ aktları ilə nəzərdə tutulmuş digər hallara görə.
3.5. Ömürboyu Təhsil Mərkəzində tədris müvafiq imtahan, eləcə də əlavə sınaq imtahanlarının tələbləri nəzərə alınmaqla 91è tərəfindən hazırlanan və müvafiq qaydada təsdiq edilən tədris planlarına, proqramlarına və materiallarına uyğun olaraq həyata keçirilir.
3.6. Ömürboyu Təhsil Mərkəzinə qəbul və orada təhsil Azərbaycan Respublikasının qanunvericiliyi və 91è-in daxili normativ aktları ilə tənzimlənir.
4.1. Ömürboyu Təhsil Mərkəzinin fəaliyyətlərinin maliyyələşdirilmə mənbələri aşağıdakılardır:
4.1.1. gəlir gətirən pullu təhsil xidmətlərinin göstərilməsi fəaliyyətlərindən əldə edilən vəsaitlər;
4.1.2. 91è büdcəsindən ayrılan vəsaitlər;
4.1.3. Ömürboyu Təhsil Mərkəzinin fəaliyyətinin məqsədli şəkildə maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin 91è-ə verdiyi məqsədli könüllü ianələr və əmlak yardımları.
4.1.4. 91è Nizamnaməsində nəzərdə tutulmuş digər mənbələr.
4.1.5. 91è ÖTM daxilində açılması nəzərdə tutulan laboratoriya və tədqiqat mərkəzlərinin fəaliyyətlərindən əldə olunan gəlirlər
4.2. Ömürboyu Təhsil Mərkəzi özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir və gəlir gətirən fəaliyyətlərdən əldə etdiyi vəsaitlər hesabına xidmətlər (işlər) yerinə yetirir.
4.3. Ömürboyu Təhsil Mərkəzinin tərəfindən göstərilən xidmətlərin qiymətləri 91è tərəfindən müvafiq qaydada təsdiqlənir. Ömürboyu Təhsil Mərkəzinin tərəfindən həyata keçirilən proqramlar üzrə yeni qiymət təklifləri mərkəzin direktoru tərəfindən bazar qiymətləri əsasında müəyyənləşdirilir.
4.4 Ömürboyu Təhsil Mərkəzinin fəaliyyətindən əldə olunan vəsaitlər, 91è rektoru ilə razılaşdırmaq şərti ilə direktorun təşəbbüsü ilə cəlb olunmuş mütəxəssislərin mükafatlandırılması, mərkəzin işçiləri üçün həvəsləndirici ödənişlərin təsis edilməsi, eləcə də mərkəzin maddi-texniki bazasının inkişaf etdirilməsi üçün istifadə oluna bilər.
4.5. Ömürboyu Təhsil Mərkəzinə həvalə olunmuş vəzifələrin və funksiyaların yerinə yetirilməsi üçün 91è tərəfindən ona verilən əmlak yalnız mərkəzin fəaliyyətlərinin həyata keçirilməsi üçün istifadə olunur. Ömürboyu Təhsil Mərkəzinə verilən əmlakın düzgün istifadəsinə görə mərkəzin direktorı məsuliyyət daşıyır.