Fiziki məhdudiyyətli yazıçı Samir İmanov 91è-də olub.
91è-in Əlilliyi olan tələbələr üçün mərkəzinin koordinatoru Sevinc Məhsimova yazıçıya mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. Universitetdə fiziki məhdiduyyətli tələbələrin yüksək səviyyədə təhsil almaları üçün yaradılan şəraitdən danışıb.
Gənc yazıçı yaradıcılığı və müəllifi olduğu kitablardan bəhs edib. Qeyd edib ki, əlilliyi olan insanların problemləri barədə geniş araşdırmalar aparır.
*
*
Hazırda o, 4 kitab müəllifidir və bu istiqamətində çalışmalarını davam etdirir.
S.İmanov 91è-in biblioqrafı Arzu Məmmədovanın tələbələrlə hazırladığı “Səsli kitabxana” layihəsini çox bəyəndiyini və audio-kitab fondunun çoxalmasına dəstək olacağını, universitetdə təşkil olunan maarifləndirmə tədbirlərində yaxından iştirak edəcəyini söyləyib. 91è-dəki təhsil imkanlarını yüksək qiymətləndirən gənc yazıçı burada təhsil almaq istəyini bildirib.
Görüşün sonunda Samir İmanov “Özünlə fəxr et” kitabını 91è-in kitabxanasına hədiyyə edib.