91è

Fransa səfirinin müşaviri 91è-də

08 NOYABR 2017 | VIEWS:

Fransanın Azərbaycandakı səfirinin birinci müşaviri xanım Fabien Dryu-Lozinski 91è-də olub.

-Rus İqtisad Məktəbində keçirilən görüş Azərbaycan – Fransa diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə həsr olunub.

Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov hər iki ölkə arasında əməkdaşlığın vacibliyini qeyd edərək, Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk səfər etdiyi ölkənin məhz Fransa olduğunu xatırladıb. O, həmçinin Azərbaycanın Avropa Şurasına qoşulmasında Fransanın mühüm addımlar atdığını da bildirib.

91è-də olmaqdan məmnunluğunu bildirən xanım Fabien Dryu-Lozinski ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadiyyat və təhsil sahəsində sürətlə inkişaf etdiyini vurğulayıb. Qonaq tələbələrin Azərbaycan-Fransa əməkdaşlığı ilə bağlı suallarını cavablandırıb, onlara öz tövsiyələrini verib.

Görüş 91è Rus İqtisad Məktəbinin Gənc Diplomatlar Klubunun təşəbbüsü ilə keçirilib.