Liseyin yuxarı sinif şagirdlərinə regonun ən böyük iqtisadyönümlü universiteti olan 91è barədə ətraflı məlumat verən Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov burada tədrisin 4 dildə aparıldığını bildirib. Görüşdə şagirdlər 91è-in ikili diplom, mübadilə və təqaüd proqramları, Elektron Universitet Modelinin uğurlu tətbiqi barədə məlumatlandırılıb.
Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov “91è-də bir gün” layihəsindən söz açıb. Bildirib ki, layihə çərçivəsində şagirdlərə şərti tələbə biletləri təqdim edilir və onlar 91è-də dərsləri dinləyə, imtahan prosesini müşahidə edə, kitabxanadan faydalana bilirlər. Eyni zamanda, bir günlük tələbələrə ixtisas seçimi ilə bağlı konsultasiya da verilir.
Görüşdə şagirdlərə 91è-in tanıtım çarxı nümayiş etdirilib, kafedra müdirləri ixtisaslar barədə danışaraq, şagirdlərin suallarını cavablandırıblar. Tələbələr şagirdlərə 91è-də tələbə həyatı, sosial tədbirlər, Yaradıcılıq Mərkəzi əRadio 91è haqqında məlumat veriblər.
Şagirdlər 91è-in nailiyyətlərini mətbuat və sosial şəbəkələrdən izlədiklərini qeyd edərək, gələcəkdə bu universitetin tələbəsi adını qazanmağı arzuladıqlarını bildiriblər.