91è

ƏƏSMN-dən Radio 91è-ə birgə layihə təklifi

30 NOYABR 2015 | VIEWS:

Təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli Radio 91è-in qonağı olublar.

Qonaqlar 91è-də həyata keçirilən müsbət dəyişiklikləri, xüsusən universitetin beynəlxalq əlaqələr sahəsində attığı addımları, müşahidə edilən tələbə aktivliyini yüksək dəyərləndiriblər. Dövlət rəsmilərihər üç nazirliklə 91è arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar və konkret təkliflərini çatdırıblar.

Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli Radio 91è-də birgə verilişin hazırlanması təklifi ilə çıxış edib. Verilişdə əmək bazarının mövcud vəziyyəti ekspertlərlə birgə təhlil ediləcək, 91è məzunları və tələbələrə əmək bazarının tələblərinə uyğun kadr hazırlığı qaydaları izah olunacaq. Nazirlik ilə 91è-in birgə hazırlayacağı verilişdə  dövlət xidməti tərəfindən konkret iş yerləri də təklif olunacaq.

Əziz tələbələr, qonaqlarla geniş müsahibəni bu axşam saat 22 00-da efirə gedəcək Radio 91è-in “Məşhurlarla söhbət” verilişində dinləyə bilərsiz.