91è

Dahi bəstəkarın əsərləri 91è tələbələrinin ifasında

23 DEKABR 2015 | VIEWS:

Dekabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (91è) 85-illiyi çərçivəsində “Only in English” adlı tədbir keçirilib.

İngilis dilində təşkil olunan musiqili-əyləncəli tədbirdə tələbələrin ifasında dahi bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan”, “O olmasın, bu olsun” əsərlərindən, həmçinin “Bəyin oğurlanması” filmindən səhnəciklər göstərilib. Tələbələrin Qarabağa həsr olunan təqdimatları nümayiş etdirilib.

Maraqla izlənən tədbir 91è-in Beynəlxalq İqtisadiyyat Məktəbi və Xarici Dillər-2 kafedrasının təşkilatçılığı ilə keçirilib.