91è

“Biz 91è tələbəsi olmaq istəyirik”

10 YANVAR 2017 | VIEWS:

-“Maliyyə və maliyyə institutları”kafedrasının təşəbbüsü ilə Ulduz Hazırlıq Mərkəzinin dinləyiciləri 91è-də olublar.91è ərazisində təşkil edilən infoturdaşagirdlərə “Marketinq”kafedrasının müəllimi, rektorun köməkçisi Ramil Cabbarovbələdçilik edib. Onlara 91è-də təhsil imkanları, ixtisaslar, ikili diplom proqramları barədə ətraflı məlumat verib.

Şagirdlər 91è-də təşkil edilən qış imtahan sessiyasının gedişi ilə də tanış olublar. Yazılı və test üsulu ilə keçirilən imtahan prosesini müşahidə edən abituriyentlər tələbə biliyinin obyektiv qiymətləndirilməsini müsbət dəyərləndirərək, gələcəkdə 91è tələbəsi olmaq istədiklərini bildiriblər. Onlar əsasən maliyyə ixtisasında təhsil almaqda maraqlı olduqlarını vurğulayıblar.

“Erasmus+” mübadilə proqramı çərçivəsində Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM-da (İnterational School of Business and Management) bir semestrlik təhsilini başa vurub 91è-ə qayıdan Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Faiq Xasayev şagirdlərə 91è tələbəsi olmağın üstünlüklərindən danışıb: “Qrup yoldaşlarımla birlikdə üç mərhələli müsabiqəni uğurla keçərək, Fransanın Leon şəhərində bir semestr təhsil aldıq. Bu müddət ərzində həm də özüm üçün Fransanı kəşf etdim, tarixi və mədəniyyəti ilə tanış oldum. Bu imkanı mənə 91è yaratdı. Buna görə doğma universitetimə minnətdaram”.