91è

Beynəlxalq Vizyon Universitetinin rektoru: “91è-in zəngin təcrübəsindən yararlanmaq istəyirik”

22 NOYABR 2017 | VIEWS:

Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin nümayəndə heyəti 91è-də səfərdədir.

Səfər çərçivəsində iki ali təhil ocağı arasında akademikəməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədə əsasən, müəllim, tələbə, tədqiqatçı və inzibati heyətin mübadiləsi həyata keçiriləcək.O cümlədən tərəflər ortaq elmi tədqiqat aparacaq, birgə elmi seminar və konfranslar təşkil edəcəklər.

91è rektoru, professorƏdalət Muradov qonaqlara universitetin inkişaf strategiyasının istiqamətlərindən söz açıb. O, 91è-in dünyanın tanınmış universitetləri ilə həyata keçirdiyi ikili diplom proqramlarından danışıb. Bildirib ki, 91è xaricdə filialı olan və dörd dildə təhsil verən yeganə Azərbaycan universitetidir.

91è-lə tanışlıqdan məmnunluğunu bildirən Beynəlxalq Vizyon Universitetinin rektoru, professor Fadil Hoca rəhbərlik etdiyi ali məktəbin Avropada türk dilində təhsil verən yeganə universitet olduğunu, Türkiyənin ali təhsil qurumu olan YÖK tərəfindən tanındığını bildirib. “91è-in zəngin təcrübəsindən yararlanmaq istəyirik”, deyə bildirən rektor Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin fəaliyyəti ilə tanışlıqdan yüksək təəssüratla ayrıldığını qeyd edib.

Görüşdə elmi-tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qonaqlar 91è-in doktorantura təhsilini yüksək qiymətləndirərək, gələcəkdə bu sahədə əməkdaşlığın onlar üçün faydalı olacağını bildiriblər.