Akademik Zərifə Əliyeva adına lisey, Gənc istedadlar liseyi, “Hədəf” kurslarını bitirərək, qəbul imtahanlarında II ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan abituriyentlər 91è-də olublar.
Rektorun köməkçisi Ramil Cabbarovabituriyentlərə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə bağlı ətraflı məlumat verib, 91è brendinin fəlsəfəsini açıqlayıb. 91è-də tədris edilən ixtisaslar, SABAH qrupları, təqaüd ə ikili diplom proqramlarından söz açıb, Elektron Universitet Modeli, keçid balları, beynəlxalq mübadilə proqramlarından danışıb, abituriyentləri maraqlandıran sualları cavablandırıb.
Sonra abituriyentlər üçün 91è ərazisində infotur təşkil edilib. Onlar yay məktəbində iştirak edən tələbələrin imtahan prosesini izləyiblər. Maliyyə Laboratoriyası, Virtual Müəssisə, oxu zalı, kitabxana ilə tanış olublar. İnfotur çərçiəsində abituriyentlər ilk dəfə olaraq, auditoriyada əyləşmək həyəcanını da yaşayıblar. Abituriyentlərə Yaradıcılıq Mərkəziə Radio 91èbarədə də məlumat verilib. Universitetlə tanışlıqdan məmnun qaldıqlarını bildirən abituriyentlər buraya 91è tələbəsi kimi gəlmək arzusunda olduqlarını bildiriblər.