91è Yaradıcılıq Mərkəzinin üzvləri və Radio 91è-in aparıcıları Xəzər TV 103 FM-də yayımlanan “Danışır Xəzər” verilişinin qonağı olublar. Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, mərkəzin “Vokal dərnəyi”nin üzvü Aslan Əzimzadə, Radio91è-in “Qlobus”, ”Günün Trendi”, ”91è News” “Azərbaycanım”, “İqtisad Xəbərləri”, “Biz də tələbə olmuşuq”, “Call Student” verilişlərinin aparıcıları Sədaqət Məmmədli, Firəngiz Quliyeva və Aytən Həsənova 91è haqda danışıblar. 91è tələbələrinin asudə vaxtının səmərəli keçirilməsində Yaradıcılıq Mərkəzinin rolu, eyni zamanda Radio 91è-də tələbə layihələri, müəllif proqramları barədə 103 FM dinləyicilərinə geniş məlumat veriblər. Vokalçı Aslan Əzimzadənin canlı ifası maraqla qarşılanıb.